24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Şalva Papuaşvili: AŞPA qətnaməsinin hər abzası yalandır

Tarix: 01-10-2025 / 15:10
yazıyı büyüt yazıyı küçült
Şalva Papuaşvili: AŞPA qətnaməsinin hər abzası yalandırAŞPA-nın Gürcüstanla bağlı qətnamə layihəsinin bəzi abzaslarını oxumuşam. Hər bir abzas yalandır, həqiqətdən uzaqdır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mixeil Saakaşvilinin siyasi məhbus adlandırıldığı AŞPA-da qəbul olunan qətnamələr Gürcüstan üçün heç bir dəyər kəsb etmir: “Bu cür sənədlər dəfələrlə uğursuzluqla nəticələnib və onların gürcü xalqı ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, sabah AŞPA-da Gürcüstanla bağlı debat keçiriləcək. Qurumun ölkə ilə bağlı qətnamə layihəsində Gürcüstanda “demokratik böhran”la bağlı dərin narahatlıq ifadə olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930