24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paytaxt üzrə 21 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Tarix: 01-10-2025 / 12:19
yazıyı büyüt yazıyı küçült
Paytaxt üzrə 21 502 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunubOktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

24İNFO xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 502 uşaq qeydiyyatdan keçib.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.

Onu da qeyd edək ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930