24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Euronews" Bakı Təhlükəsizlik Forumunun uğurları barədə material dərc edib

Tarix: 01-10-2025 / 12:17
yazıyı büyüt yazıyı küçült
"Euronews" Bakı Təhlükəsizlik Forumunun uğurları barədə material dərc edib“Euronews” bu yaxınlarda Azərbaycanda keçirilmiş Bakı Təhlükəsizlik Forumunun uğurları haqqında material dərc edib.

24İNFO-nun xəbərinə görə, materialda qeyd olunur ki, Azərbaycanda keçirilən üçüncü Bakı Təhlükəsizlik Forumunda 80-dən çox ölkənin nümayəndələri iştirak edib, diqqət isə terrorizmə, kibercinayətkarlığa, dezinformasiyaya və humanitar böhranlara qarşı mübarizədə beynəlxalq əməkdaşlığa yönəldilib.

Forum dünya ölkələrindən rəsmi şəxsləri transsərhəd əlaqələndirmə və müasir təhlükəsizlik təhdidlərinin müzakirəsi üçün bir araya gətirib.

“Məruzəçilər vurğulayıblar ki, qlobal terror şəbəkələrinə yalnız hökumətlərin vahid strategiyaları vasitəsilə effektiv şəkildə sinə gəlmək mümkündür. Forumda ilk dəfə olaraq BMT-nin iştirak etməsi tədbirin real təhlükəsizlik tədbirlərinin hazırlanması baxımından əhəmiyyətini göstərir. Nümayəndələr belə bir qənaətə gəliblər ki, sürətlə dəyişən təhlükəsizlik mühitində vətəndaşların qorunması , dövlətlərin dayanıqlığının gücləndirilməsi və ölkələr arasında etimadın inkişafı üçün beynəlxalq əməkdaşlıq bu gün həyati əhəmiyyət daşıyır”, - deyə məqalədə bildirilir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930