24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul edib

Tarix: 12-09-2025 / 16:18
yazıyı büyüt yazıyı küçült
Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul edibBu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qusar rayon icra hakimiyyətinin binasında Qusar, Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

24İNFO bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda vətəndaşların müraciəti əsasən subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, texnika ilə təmin olunma, fitosanotar və laborator xidmətlər, baytarlıq xidmətləri ilə təmin olunma, təsərrüfatın qurulması və genişləndirilməsinə dəstək və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930