24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Regionlarda peyvəndlənmənin aparılmasına nəzarət sahəsində boşluqlar var

Tarix: 12-09-2025 / 16:16
yazıyı büyüt yazıyı küçült
Regionlarda peyvəndlənmənin aparılmasına nəzarət sahəsində boşluqlar varPeyvəndlər alınır və yerlərə göndərilir. Amma o peyvəndlənmənin hansı səviyyədə aparılmasına nəzarətin həyata keçirilməsində boşluqlar var.

24İNFO xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov komitənin bugünkü iclsasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu boşluq da ölkədə həmin sahədə olan baytar mütəxəssislərin azlığı ilə bağlıdır.

“Regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət qədər baytar yoxdur. Dövlət qurumu peyvəndləri idarələrə göndərir, rayon idarələri isə fərdi baytarlarla müqavilələr bağlayaraq bu işi icra edirlər. Lakin özəl fəaliyyət göstərən baytarların gördükləri işlər üzərində bir nəzarət mexanizmi yoxdur. Onlar həmçinin fiziki cəhətdən də peyvəndlənmənin geniş şəkildə aparılmasına qadir deyillər. Özəl baytarların maddi-texniki bazası soyuq zəncirin qorunub saxlanılmasına imkan vermir. Heyvanlarının sayının azalmasının səbəblərindən biri də bu məsələdir”, - deyə deputat qeyd edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930