24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşinin qalıqları Qubada dəfn edilib

Tarix: 12-09-2025 / 16:12
yazıyı büyüt yazıyı küçült
Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşinin qalıqları Qubada dəfn edilibBirinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti yeni müəyyənləşdirilən hərbçi Murad Məlikməmməd oğlu Vəliyev dəfn edilib.

24İNFO xəbər verir ki, Quba rayonunun Nütəh kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Qeyd edək ki, bugün Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidin qalıqları dəfn olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930