24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“AzərEnerji” ilə “Masdar” şirkəti arasında müzakirələr aparılıb

Tarix: 11-09-2025 / 16:29
yazıyı büyüt yazıyı küçült
“AzərEnerji” ilə “Masdar” şirkəti arasında müzakirələr aparılıb“AzərEnerji” ASC-nin sədri Baba Rzayevlə “Masdar” Şirkətinin layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

Bu barədə 24İNFO-ya “AzərEnerji” dən məlumat verilib.

Bildirilib ki, görüşdə ümumi qoyuluş gücü 1000 MVt olan günəş və külək elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ) layihələri ilə əlaqədar müzakirələr aparılıb.

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda da fikir mübadiləsi edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031