24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Vətəndaşın pensiya yaşına az qalmış işdən çıxarılması qadağan edilməlidir

Tarix: 10-09-2025 / 16:57
yazıyı büyüt yazıyı küçült
Vətəndaşın pensiya yaşına az qalmış işdən çıxarılması qadağan edilməlidirApardığımız müşahidələr onu göstərir ki, bir sıra hallarda vətəndaş pensiya yaşına bir neçə il qalmış işdən azad olunur. Təbii ki, onun yenidən iş tapması və işlə təminatı çətin olur.

24İNFO xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bir sıra ölkələr ölkələrin Əmək Məcəlləsində pensiya yaşına az qalmış işçinin işdən azad edilməsi qadağandır.

“Azərbaycanda da pensiya yaşına az qalmış vətəndaşlarımızın əmək hüquqlarının qorunması üçün Əmək Məcəlləsinə dəyişiklik hazırlayaq. Qanunvericiliyə belə hal gətirilərsə, istər dövlət, istərsə də özəl sektorda işəgötürənin pensiya yaşına az qalmış vətəndaşımızı işdən azad etməsinin qarşısını alınacaq”, - deyə deputat qeyd edib.

Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib və bu məsələnin qanunvericiliyə gətirilməsinin müsbət hal olduğunu qeyd edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031