24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlib

Tarix: 15-07-2025 / 10:22
yazıyı büyüt yazıyı küçült
Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlibTürkiyə və Oman arasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb.

Bu barədə 24İNFO Maskatda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.

Türkiyənin Energetika Nazirliyinin rəhbəri Omanın energetika və mineral sərvətlər naziri Salim Nasser əl-Aufi ilə görüş keçirib.

“Türkiyə ilə Oman arasında enerji əməkdaşlığı istiqamətində, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı sahəsində konkret addımlar üçün yol açılıb. Bərpaolunan enerji mənbələrinin potensialının açılması, enerji səmərəliliyinin artırılması və hidrogen enerjisinin inkişafı üzrə də birgə layihələr planlaşdırılır”, - deyə türkiyəli nazir qeyd edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031